AQŞİN ƏLİZADƏ YARADICILIĞININ AZƏRBAYCAN MUSİQİSİNDƏ ROLU

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7

Abstract

Xülasə Azərbaycan musiqi mədəniyyətində konsert janrının yaradılması Üzeyir Hacıbəylinin musiqili - səhnə əsərlərindəki rəqs nömrələrində müşahidə olunur. Bəstəkar Aqşin Əlizadə öz təkrarsız yara­dıcılığı ilə Azərbaycan musiqi mədəniyyətində bir iz qoymuşdur. Azərbaycan musiqi mədəniyyə­tinin inkişafında misilsiz xidmətləri olmuş bəstəkarlardan Qara Qarayev, Süleyman Ələsgərov, Tofiq Bakıxanov, Azər Rzayev, İsmayıl Hacıbəyov, Aqşin Əlizadə konsert janrına müraciət etmiş­lər. Müxtəlif illərdə yazılan bu konsert nümunələri bir növ Azərbaycan musiqisinin keçdiyi inkişaf yolunu sanki təcəssüm etdirir. Aqşin Əlizadə bir peşəkar bəstəkar kimi yaradıcılığı çoxşaxəlidir. İstər irihəcmli, istərsə də kiçik həcmli əsərlərində hər zaman ümumbəşəri-sülh, əmin-amanlıq, insanların anaya, vətənə, torpağa, bir-birinə olan sevgi hissi ilə bağlı mövzularla yanaşı, milli dəyərlərə olan bağlılığı, onun qorunması uğrunda mübarizliyi, mövzulardakı müasir baxışı, aktuallığı hər zaman dinləyiciləri düşünməyə, səfərbərliyə, səmimiliyə çağırır. Bu ilk növbədə onun peşəkarlığının, zəngin dünyagörüşünün, gör­düyü hər bir işə can yandıraraq olduqca həssaslıqla yanaşmasından irəli gəlir. Aqşin Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi böyük işlər görmüşdür. Aqşin Əlizadənin musiqisinin bir çox xarakterik cizgiləri, melodikasının vokal təbiəti məhz bu sahənin xüsusiyyətlərindən yarandığını görürük. Əsərlərindəki öz musiqisinə möhkəm bağlılığı, parlaq melodizm diqqəti cəlb edir. Bəstəkar Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979-1985-ci illərdə), 1985-1990-cı illərdə birinci katib olmuşdur. 60 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasının gənc musiqiçi nəslin yetişməsində böyük xidmətləri vardır.

Authors and Affiliations

Təranə Hüseynova

Keywords

Related Articles

İSHALƏLEYHİ DƏRMAN BİTKİLƏRİNİN BUZOVLARIN MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA ƏHƏMİYYƏTİ

Xülasə Müəyyən edilmişdir ki, mədə-bağırsaq po­zuntuları ilə müşayiət olunan buzovların ishalının müalicə və profilaktikasında dərman bitkilərinin kimyəvi preparatları ilə kom­pleks tətbiqi, buzovların ishalının sağal...

BƏRK CİSİMLƏ ÇEVİK SAPIN TOQQUŞMASI VƏ BU PROSESİN RİYAZİ MODELLƏŞMƏSİ

Xülasə Müasir sənayenin müxtəlif sahələrində elastiklikdən əlavə özlülük xüsusiyyətlərinə malik olan materiallardan da istifadə olunur. Buna görə də bu materialların, liflər şəklində, verilən formalı cisim ilə zərbə v...

Ekoloji dilçilik

Xülasə XX yüzilliyin ikinci yarısında, Eynar Haugen (1970-ci ildə) “dil ekologiyası” paradiqmasını yaratmışdır. Bu zaman alim, həm insan şüurunda, həm də çoxdilli icmalarda dillər arasında qar­şılıqlı əlaqənin yeni ek...

Cümlədə söz sırası sintaktik təkamülün aspektlərindən biri kimi

Xülasə Məqalədə Azərbaycan dilində cümlədə söz sırası ilə bağlı məsələlər qohum və qohum olmayan dillərlə müqayisə və qarşılaşdırma yolu ilə araşdırılır. Məlum olduğu kimi, türk dillərində, o cümlədən Azərbaycan dili...

Qərbi Azərbaycana qayıdış

Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altı...

Download PDF file
  • EP ID EP747656
  • DOI 10.36719/2789-6919/35/45-49
  • Views 1
  • Downloads 0

How To Cite

Təranə Hüseynova (2024). AQŞİN ƏLİZADƏ YARADICILIĞININ AZƏRBAYCAN MUSİQİSİNDƏ ROLU. Scientific Research, 4(7), -. https://europub.co.uk/articles/-A-747656