AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİK SİSTEMİNDƏ İNTERNET VƏ İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNDƏ YARANAN MÜNASİBƏTLƏRİ TƏNZİMLƏYƏN NORMATİV SƏNƏDLƏRİN TƏHLİLİ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 3
Abstract
Xülasə İnternet yalnız informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes və digər sahələri əhatə edən mühitdir. Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, idarəçiliyin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm addımlar atılmışdır. İnternetin inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Dövlətin sosial-iqtisadi və digər sahələrdə inkişafına nail olunmasında informasiya-kommunikasiya texnologiyalarından istifadənin müsbət tərəfləri və üstünlüklərinin olması ilə yanaşı bəzi risk və təhlükələri də vardır. Belə ki, insan hüquq və azadlıqlarının qorunması internet məkanında (kiber məkanda) və informasiya texnologiyalarından istifadə zamanı ən vacib və diqqətdə olan məsələlərdəndir. Bu məqsədlə yerli qanunvericilikdə internetdə və informasiya texnologiyalarının tətbiqi nəticəsində yaranan münasibətlərin, eləcə də bu münasibətlərdən əmələ gələn öhdəliklərin və məsuliyyətin müəyyən edilməsinə, tənzimlənməsinə xüsusi diqqət edilərək, mövcud normativ-hüquqi baza təhlil edilməli, boşluqlar aradan qaldırılmalı və təkmilləşdirilməlidir. Məqalədə toxunulan məsələ də məhz internet və informasiya texnologiyalarından istifadə və onların tətbiqi nəticəsində yaranan münasibətlərin tənzimləndiyi normativ sənədlərin təhlilini əhatə edir.
Authors and Affiliations
Arzu Şükürova
LAYİHƏ RİSKLƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ VƏ AZALDILMASI
Xülasə Müasir elm "risk" anlayışını qeyri-müəyyənlik şəraitində baş verə bilən, nəticələri iqtisadi nəticələr şəklində təqdim edilə bilən bir hadisə kimi xarakterizə edir: mənfi, müsbət, sıfır, neytral. Layihəni hazır...
İNGİLİS DİLİNDƏ İDİOMATİK İFADƏLƏRİN TƏRCÜMƏ YOLLARI
Xülasə İdiomlar dil öyrənməyin vacib bir hissəsidir və dilin səriştəli öyrənilməsində özünəməxsus yeri var. İngilis dilində idiomlar dili öyrənənlər tərəfindən mənimsənilməli olan mədəni elementlərin bir hissəsidir. İ...
Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri
Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ən...
Mətbəxlə bağlı bəzı frazeoloji ifadələrin harmoniyası
Bu araşdırmada açarı dəqiq məlum olmayan bəzi frazeoloji ifadələrin doğru və yanlış, məlum və ya qeyri məlum variantları araşdırılır. Belə ifadələrdən biri “Əvvəl təam, sonra kəlam” məsəlidir. Yazıda bir çox anlayışları...
Роль городов-побратимов в культурных и экономических взаимоотношениях Китая и Азербайджана
19 ноября 2024 года в Куньмине завершилась китайская международная конференция городов-побратимов. Было отмечено, что на сегодняшний день Китай поддерживает побратимские отношения со 147 странами мира. Города-побратимы А...