CƏNUBİ QAFQAZDA KÖVRƏK GEOSİYASİ VƏZİYYƏT: SÜLH ÜÇÜN İMKANLAR VƏ TƏHDİDLƏR

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə Məlumdur ki, Cənubi Qafqaz Avrasiyada sülh və təhlükəsizlik üçün ən mühüm regionlardan biridir. Ancaq regional sabitliyi təhdid edən bir sıra dondurulmuş münaqişələr nəticəsində bəzi region ölkələri arasında qarşılıqlı düşmənçiliyin olması Qafqazın güclü hərbiləşdirilmiş regiona çevrilməsinə gətirib çıxarmışdır. Son illər isə Cənubi Qafqazın regional nizamı dərin və dinamik transformasiyaya məruz qalıb. Bu dəyişikliklər əsasən, Qarabağ müharibəsi, Gürcüstanda daxili dəyişikliklər və hər şeydən əvvəl Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində baş verib. Bu da öz növbəsində Qara dəniz regionunun sabitliyi, Qafqazla əlaqəli digər qonşu postsovet bölgələrinin (xüsusilə Rusiya və Mərkəzi Asiya) gələcəyinə və Türkiyənin inkişaf edən regional siyasətinin xarakterinə təsir göstərir. Cənubi Qafqazda köhnə nizam 2020-ci ildə sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsi ilə əsaslı şəkildə dəyişdi. Regionda güclü ölkə olan Türkiyənin dəstəyiylə Azərbaycan Qarabağda erməni separatçı qüvvələrinə qalib gəldi və ərazi bütövlüyünü bərpa etdi. Nəticədə 1994-cü ildən davam edən işğala son qoyuldu. Azərbaycan və ona siyasi-mənəvi dayaq olan Türkiyə müharibədən sonra diplomatik və siyasi müstəvidə xeyli gücləndi. İki ölkə arasında hərbi əməkdaşlıq daha da dərinləşdirildi. Ermənistan isə hərbi, siyasi və strateji məğlubiyyətə uğradı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük anti-terror əməliyyatından sonra ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan üçün siyasi mənada yeni bir dövr başladı. Ermənistan isə Azərbaycanın yuridiksiyası altında yaşamaq istəməyən və Qarabağı kütləvi şəkildə tərk edən on minlərlə erməninin köçü ilə üz-üzə qaldı. Bu araşdırmanın məqsədi ixtilafın tarixi köklərinə qısa nəzər salmaq, bölgədə baş verən son geosiyasi dəyişikliklərdən sonra tərəflər arasında imzalanması gözlənilən sülh müqaviləsi üçün real imkanları, eləcə də, buna mane ola biləcək faktorları gözdən keçirmək və dəyərləndirməkdir.

Authors and Affiliations

Turan Yusubov

Keywords

Related Articles

Ümumtəhsil məktəblərinin V siniflərində “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların mənimsədilməsi texnologiyası

Xülasə Məqalədə ümumtəhsil məktəblərinin V siniflərində riyaziyyat fənninin məzmununda özünə yer alan “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların tədrisi prosesində şagirdlərin sub...

ELEKTRON KOMMUNİKASİYA İŞGÜZAR ÜNSİYYƏTİN ƏSAS NÖVLƏRİNDƏN BİRİ KİMİ

Xülasə Elektron kommunikasiya müasir dövrdə işgüzar kom­mu­­nikasiyanın qurulmasında əhəmiyyətli rol oynayır, onun ef­­fektiv inkişafını təmin edir. Ümumiyyətlə, kom­mu­ni­ka­si­ya­ların inkişaf tarixi üç bö­yük mərhə...

BORCLANMANIN STRATEJİK İDARƏ EDİLMƏSİ: QLOBALLAŞAN DÜNYADA İQTİSADİ ARTIMIN VƏ MALİYYƏ SABİTLİYİNİN TARAZLAŞDIRILMASI

Xülasə Stratejik borc idarətməsi bütün dövlətlər üçün əsasən son illərdə əsas mövzulardan birinə çevrilmişdir. Kritik sektorlara investisiyalar və borclanmadan istifadə etməklə iqtisadi artımı təmin etmək mümkündür. L...

TƏDRİS PROSESİNDƏ TEXNOLOGİYANIN İNTEQRASİYASI VƏ ONA VERİLƏN TƏLƏBLƏR

Xülasə Texnologiyanın təhsil prosesinə inteqrasiyası müasir təhsildə mühüm rol oynayan transformasiyanı təmsil edir. Bu inteqrasiya tələbələrin daha effektiv öyrənməsinə, müəllimlərin daha effektiv tədris yanaşmasına...

Müstəqillik dövründən sonra Azərbaycan teatrında mövcud olan tendensiyalar

Müstəqillik dövründən sonra Azərbaycan teatrında fərqli üslublar ortaya çıxmağa başlayır. Xüsusilə də, Sovet dövründən sonra milli irsə, milli pyeslərə yenidən müraciətlər olunur. Həmçinin dünya teatrında gedən prosesl...

Download PDF file
  • EP ID EP748919
  • DOI 10.36719/2663-4619/100/145-151
  • Views 64
  • Downloads 0

How To Cite

Turan Yusubov (2024). CƏNUBİ QAFQAZDA KÖVRƏK GEOSİYASİ VƏZİYYƏT: SÜLH ÜÇÜN İMKANLAR VƏ TƏHDİDLƏR. Scientific Work, 18(3), -. https://europub.co.uk/articles/-A-748919