Fizikadan yoxlama işlərinin xüsusiyyətləri və onların nəticələrinin analizinin işlənib hazırlanması

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 2

Abstract

Fizikanın tədris metodikasının müasir tələblərə uyğunlaşdırılması istiqamətində müxtəlif müəlliflər və ya müəlliflər heyəti tərəfindən müxtəlif metodik vasitələr möv­cuddur. Müasir təhsil proqramlarında müxtəlif inovativ üsulların, texniki və texnoloji vasitələrin tətbiq olunmasına baxmayaraq öyrədilmə və öyrənmə prosesi daim inki­şafdadır. Hər hansı məlumatın öyrəniciyə çatdırılması və öyrənici tərəfindən mənim­sənilməsi üçün müəllim tərəfindən tətbiq edilən metodikanın xüsusi rolu danılmazdır. Konkret olaraq hər bir mövzunun öyrənilməsi fərqli metodik yaxınlaşma tələb etdi­yindən, konseptual elmi yaxınlaşmanı saxlamaqla keyfiyyətcə dərslərin məzmununun yeniləşdirilməsi mühüm amillərdəndir. Təqdim olunan məqalə fizikadan yoxlama işlərinin məzmunu və onların ana­lizlərinin işlənib hazırlanması problemlərinə həsr edilmişdir. Məqalədə yoxlama işlərinin strukturunun seçilməsi, çalışmaların yerinə yetirilməsinin analizinin isti­qamətləri və fizikanın tədrisi metodikasının təkmilləşdirilməsində əsas yanaşmalara baxılmışdır. Fizikadan yoxlama işlərinin keçirilməsi qiymətləndirmə meyarları sisteminin mühüm inkişaf istiqamətini müəyyən edir. Hər bir mövzunun sonunda keçirilən yoxlama işləri öyrənicinin fərdi biliklərinin qiymətləndirməsinə yönəlir. Yoxlama işlərinin daxil edilməsi tədris edilən fənnin öyrənici tərəfindən necə mənimsənildiyini müəyyən etmək məqsədi daşıyır.

Authors and Affiliations

Tahir İsmayılov, Aygün Rəsulova

Keywords

Related Articles

RƏQƏMSAL MARKETİNQDƏ SÜNİ İNTELLEKTİN ROLU VƏ TƏTBİQİ

Xülasə Bu məqalədə marketinqdə süni intellekt (Sİ) texnologiyalarının tətbiqi müzakirə olunur. Süni intellekt texnologiyaları müştərilərə xüsusi, fərdiləşdirilmiş təkliflər təqdim etməklə marketinq strategiyalarının...

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÖLKƏDAXİLİ VƏ BEYNƏLXALQ HÜQUQİ KONTEKSTDƏ

Xülasə Korrupsiya, ictimai və özəl sektorlarda mühüm bir problemdir. Korrupsiyaya əleyhinə Birləşmiş Millətlər Konvensiyası (UNCAC) bu problemə müstəqil bir perspektivdə yanaşmağa nail olan beynəlxalq bir sazişdir. Bu...

MÜASİR ALMAN DİLİNƏ DAXİL OLAN YENİ VƏ XARİCİ JARQONLAR (SLEQANLAR) VƏ ONLARIN DİLƏ TƏSİRİ

Xülasə Məqalə gənclərin müasir alman dilində olan danışıq və ifadə vasitələrinin öyrənilməsinə həsr edilmişdir. Sosial linqvistika, mədəniyyətlərarası ünsiyyət, ekolinqvistika və praqmalinqvistika sahəsində bilikləri...

Kənd təsərrüfatında yerüstü suvarma texnikalarının və üsullarının əhəmiyyəti

Xülasə Tədqiqatın məqsədi: yerüstü suvarma üsulunun tədqiq olunması, həmçinin tədqiq olunarkən lazım olan optimal suvarma rejimləri haqqında lazımi nəticələrin əldə olunması, bununla yanaşı, bu üsulun və bu üsula aid...

AZƏRBAYCANDA DƏRİ LEYŞMANİOZUNUN HAZIRKİ VƏZİYYƏTİ VƏ ONUNLA MÜBARİZƏDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

Xülasə Aparılan kompleks tədbirlər sayəsində keçən əsrin 60-cı illərində Azərbaycanda dəri leyşmaniozu praktik ləğv edilmiş, visseral leyşmanioz xeyli azaldılmışdır və onun qalıq ocaqları yalnız bir neçə rayonda müşah...

Download PDF file
  • EP ID EP760740
  • DOI 10.36719/2663-4619/111/100-103
  • Views 20
  • Downloads 0

How To Cite

Tahir İsmayılov, Aygün Rəsulova (2025). Fizikadan yoxlama işlərinin xüsusiyyətləri və onların nəticələrinin analizinin işlənib hazırlanması. Scientific Work, 19(2), -. https://europub.co.uk/articles/-A-760740