Kvant çuxurunda elektron qazının hal sıxlığı
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 11
Abstract
Xülasə Ümumiyyətlə, aşağıölçülü sistemlərin fiziki xassələrinin tədqiq edilməsi müasir fizikanın aktual problemlərindəndir. Məlumdur ki, real aşağıölçülü sistemlərin profilləri sadə olmayıb, mürəkkəb kvant çuxuruna malikdirlər ki, onların termodinamik və kinetik xassələrini öyrənmək olduqca vacibdir. Təqdim edilən bu işdə potensialı şəklində olan kvant çuxurunda elektronların enerji spektri üçün analitik ifadə alınmışdır. Xüsusi hallarda bu enerji spektri sonsuz dərin quyu və harmonik ossilyator modellərindəki enerji spektrlərinə keçir. Bunun üçün nazik təbəqələrdə kvant çuxurlarının profillərinin qurulması, enerji spektrinin, dalğa funksiyası və hal sıxlığı funksiyasının hesablanması, hal sıxlığı funksiyasının kvant çuxurunun potensialından asılılığının araşdırılması xüsusi maraq kəsb edir. Bu səbəbdən mürəkkəb formalı kvant çuxuruna malik təbəqələrdə fiziki hadisələrin nəzəri olaraq araşdırılması xüsusi maraq və əhəmiyyət kəsb edir. Belə tədqiqatlar isə öz növbəsində aşağıölçülü elektron sistemlərdə köçürmə hadisələrinin nəzəriyyəsində yeni sahələlərin inkişafına köməklik göstərir. Baxılan bu işdə əldə olunan nəticələr molekulyar-şüa epitaksiya metodunun köməyi ilə daha perspektivli kvant çuxurlarının yaranmasına imkan verir. Tapılmışdır ki, baxılan spektr üçün elektronların hal sıxlığı funksiyası enerjinin pilləvari funksiyası olur.
Authors and Affiliations
Aygün Rəsulova, Nina Mustafayeva
MODERN APPROACHES TO THE CORRECTION OF ASTIGMATISM
At the present stage of development of lens surgery, the main task is to achieve maximum visual acuity without correction already in the early postoperative period. In the absence of concomitant pathology of the eyeball,...
NAZİK BAĞIRSAQ DİVERTİKULYOZUNUN RADİODİAQNOSTİKASI
Nazik bağırsağın divertikulyozu nadir və diaqnozu çətin qoyulan patologiya olub, bağırsaq divarı boyu birdən artıq kisəşəkilli qabarmalar – divertikullar ilə xarakterizə olunur. Adətən bu patologiya simptomsuz keçir, ilk...
AZƏRBAYCANDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASI SAHƏSİNDƏ PROBLEMLƏRİN ARAŞDIRILMASI
Təqdim olunan məqalə Azərbaycanda daha çox müzakirələrə səbəb olan distant təhsil sahəsində mövcud problemlərin araşdırılmasından bəhs edir. Məqalədə problem bir çox aspektlərin araşdırılmasını əsas götürmüşdür. Bu vaxta...
İsmayıl Hidayətzadənin teatr sənətində irsi: “Yeddi gözəl” və “Koroğlu” tamaşaları
Xülasə Bu məqalədə Azərbaycan teatrının aktyoru və rejissoru, eyni zamanda SSR-nin xalq artisti İsmayıl Hidayətzadənin ən məşhur tamaşalarından olan “Yeddi gözəl” baleti və “Koroğlu” operasının məzmunu, rejissor yanaş...
AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA ANTİDEMPİNQ, KOMPENSASİYA VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ HAQQINDA QANUNVERİCİLİYİN ROLU
Xülasə Güclü və rəqabətədavamlı iqtisadiyyatın yaradılmasında ilkin amillərdən biri məhz bazar subyektlərinin fəaliyyətlərinin hüquqi əsasını, habelə onların hüquq və vəzifələrini tənzimləyən normativ bazanın olmasıdı...