AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA ANTİDEMPİNQ, KOMPENSASİYA VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ HAQQINDA QANUNVERİCİLİYİN ROLU

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə Güclü və rəqabətədavamlı iqtisadiyyatın yaradılmasında ilkin amillərdən biri məhz bazar subyektlərinin fəaliyyətlərinin hüquqi əsasını, habelə onların hüquq və vəzifələrini tənzimləyən normativ bazanın olmasıdır. İqtisadiyyatın müvafiq sahəsini tənzimləyən effektiv tənzimləyici çərçivə olmadığı təqdirdə həmin sahənin normal fəaliyyətinin və dayanıqlı inkişafının təmin edilməsindən söhbət gedə bilməz. Bu səbəbdən ölkənin iqtisadi inkişaf hədəflərinin müəyyən edilməsi və həmin hədəflərə nail olunması məhz ölkədə mövcud normativ bazaya mütənasib olmalıdır. O cümlədən Azərbaycan Respublikasının iqtisadi inkişaf hədəflərinə nail olması məhz ölkədə mövcud qanunvericiliyin səviyyəsindən asılıdır. Bu səbəbdən rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasını hədəfləyən Azərbaycanın müvafiq iqtisadi sferalarını tənzimləyən normativ bazanın təhlil edilməsi aktual məsələlərdəndir. Habelə Azərbaycanın yaxın gələcəkdə Ümumdünya Ticarət Təşkilatına potensial üzvlüyü ilə mövcud iqtisadi siyasətin dəyişməsi və ölkə qanunvericiliyinin belə dəyişikliyə hazır olması xüsusi önəm daşıyır. Bu məqalədə hazırkı tarixdə Ümumdünya Ticarət Təşkilatının üzvü olmayan Azərbaycanın iqtisadi inkişaf hədəflərinə nail olmasında, habelə sözügedən təşkilata potensial üzvlükldə antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanunvericiliyin əhəmiyyətinin hüquqi aspektləri araşdırılmışdır.

Authors and Affiliations

Emin Əlimusayev

Keywords

Related Articles

LOGİSTİK STRATEGİYALARIN İŞLƏNMƏSİNİN NƏZƏRİ ƏSASLARI, KONSEPSİYALARI VƏ VƏZİFƏLƏRİ

Xülasə Logistika maddi texniki ehtiyatların axını və saxlanmasının səmərəliliyini planlaşdırma, həyata keçirmə və izləmə prosesidir. Bir məhsulun nəqliyyat, saxlama, gömrük rəsmiləşdirilməsi, qablaşdırma, paylama kimi...

QƏRAR QƏBULETMƏ İNFORMASİYA SİSTEMİNİN MÜƏSSİSƏNİN RƏQABƏT ÜSTÜNLÜYÜ ÜÇÜN TƏTBİQ OLUNMASININ SƏMƏRƏLİLİYİNİN TƏDQİQİ. ÜSTÜNLÜK VƏ ÇATIŞMAZLIQLARIN TƏHLİLİ

Xülasə Rəqabət üstünlüyü əldə etmək istəyən müəssisələr üçün qərar qəbuletmə informasiya sistemlərinin (QMİS) tətbiqinin səmərəliliyinin öyrənilməsi vacibdir. Bu tədqiqatın məqsədi müəssisələrdə qərar qəbuletmə proses...

DÜZGÜN YAZI QAYDALARINA (ORFOQRAFİYA) YİYƏLƏNMƏYİN BAŞLICA ŞƏRTLƏRİ

Xülasə Düzgün orfoqrafiya və qrammatika standartlarına nail olmaq üçün dilimizi yaxşı qavramaq və onun əsasları öyrənmək üçün fədakarlıq tələb olunur. Hər şeydən əvvəl sözləri düzgün yaza bilmək onların fonetikasını h...

DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ

Xülasə Tədqiqatın məqsədi: Azərbaycan Respublikasında daxili turizmin inkişaf perspektivlərini araşdırmaq, yerli turizm potensialını artırmaq üçün stratejilər təklif etmək və bu sahədə mövcud imkanların daha effektiv is...

Parazitologiya fənninin tədrisinə dair

Xülasə Parazitar xəstəliklərin, hər şeydən əvvəl, malyariyanın və bağırsaq helmintozlarının sosial-iqtisadi əhəmiyyəti o qədər böyükdür ki, bu patologiya bir çox dünya ölkələrinin iqtisadi inkişafı üçün maneçilik yara...

Download PDF file
  • EP ID EP748920
  • DOI 10.36719/2663-4619/100/139-144
  • Views 27
  • Downloads 0

How To Cite

Emin Əlimusayev (2024). AZƏRBAYCANIN GƏLƏCƏK İQTİSADİ İNKİŞAFINDA ANTİDEMPİNQ, KOMPENSASİYA VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ HAQQINDA QANUNVERİCİLİYİN ROLU. Scientific Work, 18(3), -. https://europub.co.uk/articles/-A-748920