Olİmpus qalmaqalı nümunəsİndə mühasİb peşəsİ üçün etİkanın əhəmİyyətİ
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 3
Abstract
Xülasə Olympus qalmaqalı Olympus idarə heyətinin 1980-ci illərin ortalarından 1,7 milyard dollar itkisini gizlətmək planı ilə başlayır. 80-ci illərin ortalarında Yapon yeninin dollara nisbətdə yüksəlməsi yapon şirkətləri üçün problemlər yaradırdı. Beləliklə, bu hadisədən sonra bu şirkətlər "zaitech" kimi tanınan maliyyə bazarlarına intensiv investisiyalar qoymağa başladılar. Olympus-dakı ilk fəaliyyəti 1987-ci ildə sərfəli olsa da, 1991-ci ildə 2,1 milyard yen zərər görmüşdü. Və 90-cı illərin sonunda bu itkilər daha da artdı və şirkət rəhbərliyi itkiləri açıqlamaq və investisiyaları dayandırmaq əvəzinə daha da riskli investisiyalar edərək qumar oynamağa davam etdi. Və bunu gizlətmək üçün “tobaşi sxemi” kimi tanınan bir plan hazırladılar. Bu plana əsasən, kağız üzərində olan Kayman adalarında yerləşən şirkətlər idarəetmə və satınalma haqları hesabına alınacaq və Olympus balansından kənarda uçota alınacaq. Bu vəziyyət 2011-ci ilə qədər davam etdi. 2011-ci ildə Maykl Vodford ilk dəfə Olympus-da yapon olmayan CEO seçildi və işini yerinə yetirərkən şübhəli məqamları gördü, idarə heyətinə hesabat verdi və cəmi 2 həftə sonra o, yeni vəzifəsindən qovuldu. Vodford daha sonra problemləri ictimailəşdirdi və bu, idarə heyətinin yalanlarının böyük bir qalmaqala səbəb oldu. Olympus qalmaqalı adı ilə dünya gündəminə düşən bu hadisə nəticəsində şirkətin səhmlərinin qiyməti 80% ucuzlaşdı, Tokio Birjasından çıxacağı ilə hədələndi və bu qalmaqal bir nəticəsi Yapon idarəçiliyinə yeni baxış tərzinin formalaşmasına səbəb oldu.
Authors and Affiliations
Ziya İsgəndərov
SİYASİ PARTİYALARIN PARLAMENT SEÇKİLƏRİNDƏ FƏALLIĞI SİYASİ İŞTİRAKIN GÖSTƏRİCİSİ KİMİ
Xülasə Çağdaş demokratik sistemlərdə vətəndaşların idarəetmə sistemində yer alması əsas göstəricilərdən biridir. Vətəndaşların fərdi şəkildə hərəkət edərək öz siyasi məqsədinə çatması mümkün deyil. Fərdi iradələrini b...
1989 FERGANA MASSACRE IN TURKISH NEWSPAPERS
Abstract Meskhetian Turks were subjected to forced migration twice throughout their history and were never able to return to their homeland. Although there are different ideas about the roots of the Meskhetian Turks l...
İNSANLARIN MƏDƏNİ-MƏNƏVİ TƏRBİYƏSİNDƏ MEMORİAL MUZEYLƏRİN ROLU
Xülasə Memorial muzeylər milli mədəniyyətimizin mühüm bir sahəsi olub, müxtəlif sahələri əhatə etməklə, konkret şəxsiyyətin bu sahədəki xidmətlərini ictimaiyyətə nümayiş etdirir, eyni zamanda müəyyən zaman kəsiyi ərzi...
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ZAMANI İDİOMLARIN TƏRCÜMƏ PRİNSİPLƏRİ
Xülasə Tərcümə dünyа milli mədəniyyətinin mütərəqqi inkişаf mərhələsinə yахındаn təsir göstərən, оnun аyrılmаz və inkаrеdilməz zəruri şахələrindən biridir. Dünyа miqyаsındа еlə bir ölkəyə, milli ədəbiyyаtа, dilçiliyə...
XÜSUSİ TƏHSİLƏ EHTİYACI OLAN TƏLƏBƏLƏRİN İKT-DƏN İSTİFADƏ ETMƏKLƏ TƏBİƏT ELMLƏRİNİN ÖYRƏNMƏSİ METODİKASI
Xülasə Xüsusi təhsilə ehtiyacı olan şəxslərin digərləri kimi həyatlarının bütün sahələrində eyni keyfiyyətdə xidmətlərdən istifadə etmək, heç bir çətinlik çəkmədən həmsöhbətləri ilə bərabər məlumat və bilik əldə etmək...