ÖZBƏK VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN X(IKS)-FEMİK TİPOLOGİYASI

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 4

Abstract

Xülasə Müxtəlif dillərdə atalar sözlərinin müqayisəli tipologiyası dil və düşüncə münasibətləri ilə bağlı bir çox fundamental problemlərin öyrənilməsində öz prioritetliyini saxlayır. Şübhəsiz ki, bu, mövzunun aktuallığını göstərir. Bu tədqiqatda Azərbaycan və Özbək atalar sözlərinin müqayisəli təhlili öyrənilmişdir. Düzdür, Azərbaycan və özbək dillərinin qaydaları bir-birindən bir qədər fərqli olsa da, uyğun cəhətlər daha çox diqqəti cəlb edir və bu harmoniya hər addımda hiss olunur. Sözsüz ki, dillər arasındakı bu oxşarlıq türkdilli xalqların qohum dillər kateqoriyasına aid olmasından irəli gəlir. Beş yüzdən çox atalar sözü müqayisə üçün tədqiq edilmişdir. Nəticədə Azərbaycan və özbək atalar sözlərinin demək olar ki, doxsan doqquz faizinin semantika və leksik quruluş baxımından bir-birinə tam uyğun olduğu və onların hər iki dildə evfemik və ya disfemik olduğu aşkar edilmişdir. Ona görə də belə araşdırmaların sistemli şəkildə tədqiqi iki qardaş xalqın bütün sahələrdə qarşılıqlı əlaqələrinin daha dərindən dərk edilməsinə, hər iki dilin gözəlliyinin qorunub saxlanmasına müsbət təsir göstərəcəyinə ümid edirik.

Authors and Affiliations

Xankişi Məmmədov, Xurşida Kadirova

Keywords

Related Articles

TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ

Xülasə STEAM təhsili, elm, texnoloji, mühəndislik, incəsənət və riyaziyyat sahələrində təhsilin birləşdirilməsini ifadə edir. Bu təhsil modeli, müasir dünyada tələb olunan bacarıqları öyrətmək üçün yaranmışdır. STEAM,...

VERGİ MÜNASİBƏTLƏRİNİN CİNAYƏT-HÜQUQİ MÜHAFİZƏSİ ZAMANI TÖRƏDİLƏN DƏLƏDUZLUQ ƏMƏLLƏRİNDƏ ALDATMANIN ANLAYIŞI VƏ FORMALARI

Xülasə Məqalədə vergi cinayətlərinin törədilməsi zamanı yol verilən dələduzluq əməlinin törədil­məsinin üsulu kimi aldatmanın anlayışından və onun növlərinin cinayət-hüquqi təhlilindən bəhs edilir. Dələduzluq əməli al...

Müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemləri

Məqalədə müasir informasiya cəmiyyətinin formalaşması ilə cəmiyyətdə yaranan informasiya təhlükəsizliyi problemlərindən bəhs olunur. Belə ki, təcrübə göstərir ki, informasiya cəmiyyətinə qədəm qoymuş ölkələrdə formalaşmı...

Radiaktiv parçalanma

Molekulların həyəcanlanmış vəziyyətinin öyrənilməsi kvant fizikası və kimyanın vacib sahələ­rindən biridir. Bu tədqiqatların əsasında diferensial tənliklər dayanır. Molekulun həyəcanlanmış vəziyyətindən əsas vəziyyətə ke...

Naxçıvan musiqi folklorunun özünəməxsus cəhətləri

Xülasə Naxçıvan – yaşı min illərlə ölçülən çoxəsrlik tarixə, zəngin maddi və mənəvi mədəniyyətə, bəşər tarixinin ilk dövrlərinə və sonrakı yüzilliklərə aid özünəməxsus arxeoloji və etnoqrafik abidələrə malik olan qədi...

Download PDF file
  • EP ID EP748749
  • DOI 10.36719/2789-6919/32/17-21
  • Views 55
  • Downloads 0

How To Cite

Xankişi Məmmədov, Xurşida Kadirova (2024). ÖZBƏK VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN X(IKS)-FEMİK TİPOLOGİYASI. Scientific Research, 4(4), -. https://europub.co.uk/articles/-A-748749