TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7

Abstract

Xülasə STEAM təhsili, elm, texnoloji, mühəndislik, incəsənət və riyaziyyat sahələrində təhsilin birləşdirilməsini ifadə edir. Bu təhsil modeli, müasir dünyada tələb olunan bacarıqları öyrətmək üçün yaranmışdır. STEAM, yəni Science (Elm), Technology (Texnologiya), Engineering (Mühəndislik), Arts (İncəsənət) və Mathematics (Riyaziyyat) problem həll etmə, yaradıcı düşüncə, kollektiv işləmə bacarığı kimi praktiki bacarıqları öyrədir. Bu təhsil modeli, müasir cəmiyyətlərin tələblərinə cavab verir və sənaye sektorunda əmək qüvvəsinin daha hazır vəziyyətə gəlməsinə kömək edir. STEAM təhsili tələbələrə məsələlərə praktiki yanaşaraq təcrübələri əsaslandırmağı təşviq edən, yeni məlumatlar əldə etməklə yaradıcı həllər tapmağa kömək edir. STEAM təhsili, inkişaf etmiş ölkələrdə və böyük şəhərlərdə getdikcə artır. Bu təhsil modeli, sənaye sektorunda daha yüksək səviyyədə bilik və bacarığa sahib kadrların yetişdirilməsini təmin edir. Ayrıca, problem həll etmə, yaradıcılıq və kollektiv işləmə bacarıqlarının inkişaf etdirilməsi, tələbələrin müxtəlif sahələrdə müvafiq bacarıqları öyrənmələrini təmin edir. STEAM təhsilində incəsənətin təsiri isə mühəndislik və texnologiya sahələrinin bir-birinə birləşdirilməsi ilə yaradıcı düşüncəni dəstəkləməsindədir. Bu, yenilikçi həllər tapmaqla peşəkar inkişafı dəstəkləyir. Bu təhsil modeli, müxtəlif sahələrdə təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar təqdim edir. İllər keçdikcə, bir çox universitet və kolleclər STEAM prinsiplərinə və metodlarına diqqət yetirirlər və onları öz proqramlarına inteqrasiya edirlər. Universitetlərdə STEAM təhsili, elmi tədqiqatlar üçün uyğun bir mühit yaradır və tələbələrin praktiki təcrübə qazanmalarını təmin edir. STEAM proqramları, mühəndislik laboratoriyaları, texniki avadanlıqlar və müxtəlif sahələrdə iş təcrübəsi imkanları təklif edərək tələbələrin bacarıqlarını inkişaf etdirməyə kömək edir. STEAM təhsili universitet səviyyəsində müxtəlif dərəcələr və proqramlar altında təklif olunur. Mühəndislik, elmlər, riyaziyyat, informasiya texnologiyaları, incəsənət və digər sahələrdə proqramlar mövcuddur. Buna görə də tələbələr, öz maraqlarına uyğun olaraq, bu sahələrdə təhsil ala bilirlər. Universitetlər STEAM təhsili üzrə interdisiplinar proqramlar və fərdiləşdirilmiş diplom proqramları təklif edə bilirlər. Bu proqramlar, tələbələrə müxtəlif sahələrdə ətraflı təhsil almağı təmin edir və onları müasir iş dünyasında və ya akademik mühitdə müvəffəqiyyətlər əldə etməyə hazırlayır. STEAM yanaşmasından istifadə etməklə ekoloji anlayışlar da öyrədilə bilər. Ona görə ki, ekologiya elmi transdissiplinar bir elmdir, müxtəlif digər anlayışlarla inteqrasiya olunur və müxtəlif ekoloji anlayışları, əlaqəli digər konsepsiyaları birləşdirərək çoxlu tədqiqatlar aparıla bilər. STEAM təhsili ekoloji öyrənməni inteqrasiya etməyə imkan verir

Authors and Affiliations

Fəqanə Əhmədova

Keywords

Related Articles

“Qara” arxaik komponentli toponimlər leksik-semantik müstəvidə

Xülasə Məqalədə Azərbaycan toponimiyasında “qara” arxaik apelyativli Qarayazı, Qarabağlar, Qara­bağlı və Qarabağlılar toponimlərinin leksik-semantik, etimoloji təhlilindən bəhs olunur. Azərbaycan ərazisində Qarabağ...

A WAY TO SOLVE THE PROBLEM OF PASTURE DEGRADATION

Abstract The earth is a living organism. Over the past decades, it has been going through difficult trials due to the active development of agriculture. Various types of soil degradation are becoming a serious problem...

“TEXNOLOGİYA MÜƏLLİMLİYİ” HAZIRLIĞINDA ÖLÇÜ VAHİDLƏRİNDƏN İSTİFADƏ SƏVİYYƏSİ

Xülasə Bu araşdırmada bəzi uzunluq ölçü vahidlərinin riyazi semantikasından və ri­ya­zi-poe­tik mə­na alə­mindən söhbət açılır, müasir “texnologiya müəllimliyi” hazırlığında ölçü vahidlərindən istifadə səviyyəsi tədqi...

XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ UŞAQ POEZİYASINDA MİLLİ KOLORİTİN İNİKASI

Xülasə Uşaq ədəbiyyatının tarixi-mədəni mənzərəsi bütün parametrlərdə etnokulturoloji təsəvvürün ümumi polifoniyasını əks etdirməyə və arxaik qatdan üzü bəri gələnlərin yaddaş səviyyəsində normativlərə sədaqət göstərm...

Modernləşən Naxçıvanın sənaye iqtisadiyyatı: tədarük zəncirinə sistemli yanaşma

Xülasə Məqalədə qloballaşan dünyada ticarətin tədricən sərbəstləşdirilməsi rəqabətin və təşkilatların artması ilə yanaşı, daşıma yollarının uzanması sürət amilini önə çıxarmışdır. Qloballaşmanın hökm sürdüyü müasir dü...

Download PDF file
  • EP ID EP747655
  • DOI 10.36719/2789-6919/35/39-44
  • Views 1
  • Downloads 0

How To Cite

Fəqanə Əhmədova (2024). TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ. Scientific Research, 4(7), -. https://europub.co.uk/articles/-A-747655