“TEXNOLOGİYA MÜƏLLİMLİYİ” HAZIRLIĞINDA ÖLÇÜ VAHİDLƏRİNDƏN İSTİFADƏ SƏVİYYƏSİ

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7

Abstract

Xülasə Bu araşdırmada bəzi uzunluq ölçü vahidlərinin riyazi semantikasından və ri­ya­zi-poe­tik mə­na alə­mindən söhbət açılır, müasir “texnologiya müəllimliyi” hazırlığında ölçü vahidlərindən istifadə səviyyəsi tədqiq edilir. Qeyd edilir ki, riyaziyyatda, fizikada, informatikada və digər dəqiq elmlərdə də, filologiyada olduğu kimi dilin əsas elementləri deyəndə dilin əlifbası, sintaksisi və semantikası başa düşülür. Dilin əlifbası deyəndə isə, həmin dildə işlənən simvollar nəzərdə tutulur. O da vurğulanır ki, fizika riyaziyyata, kimyaya, o cümlədən bir çox elmlərə, riyaziyyat fizikaya, ədəbiyyata, informatika folklora, mənəviyyat elmi və tarix poeziyaya kömək etdiyi kimi, digər elmlərin də “texnologiya müəllimliyi” hazırlığında köməyi danılmazdır. Bu da elmlərin əlaqəli öyrənilməsinin vacibliyini və zəruriliyini göstərir. Bu mənada “texnologiya müəllimliyi” ixtisası üzrə kadr hazırlığında ölçü vahidlərindən və riyazi elementlərdən istifadə səviyyəsinin öyrənlməsi həm vacib, həm də maraqlıdır. Əslində dünyanı dərketmənin bəlkə də ən real, universal və ən optimal mənbəyi məhz elmlərin əlaqəli öyrənilməsindən, xüsusən fizika və riyaziyyatdan istifadədən keçir. Bu isə problemin aktuallığından xəbər verir.

Authors and Affiliations

Xankişi Məmmədov Səadət Musayeva

Keywords

Related Articles

Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar

Xülasə Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibi dövrün tarixi-siyasi, ictimai hadisələrinin təsiri ilə dəyişmiş, yeni keyfiyyət qazanmışdır. Azərbaycan dilinin uzun illər Avropa dilləri ilə əlaqələri, hə...

Cümlədə söz sırası sintaktik təkamülün aspektlərindən biri kimi

Xülasə Məqalədə Azərbaycan dilində cümlədə söz sırası ilə bağlı məsələlər qohum və qohum olmayan dillərlə müqayisə və qarşılaşdırma yolu ilə araşdırılır. Məlum olduğu kimi, türk dillərində, o cümlədən Azərbaycan dili...

TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ

Xülasə STEAM təhsili, elm, texnoloji, mühəndislik, incəsənət və riyaziyyat sahələrində təhsilin birləşdirilməsini ifadə edir. Bu təhsil modeli, müasir dünyada tələb olunan bacarıqları öyrətmək üçün yaranmışdır. STEAM,...

AZƏRBAYCAN, TÜRK VƏ UKRAYNA ATALAR SÖZLƏRİNİN “DİLDÖNMƏZ” DAVRANIŞ MODELLƏRİ

Xülasə Bu araşdırmada indiyədək heç bir akademik mənbədə rast gəlinməyən Azərbaycan, türk və ukrayna atalar sözlərinin “dildönməz” davranış modelləri tədqiq edilir. “Dildönməz” “l” və “r” samitləri işlənməyən sözlərdə...

XIX ƏSRİN SONU, XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ UŞAQ POEZİYASINDA MİLLİ KOLORİTİN İNİKASI

Xülasə Uşaq ədəbiyyatının tarixi-mədəni mənzərəsi bütün parametrlərdə etnokulturoloji təsəvvürün ümumi polifoniyasını əks etdirməyə və arxaik qatdan üzü bəri gələnlərin yaddaş səviyyəsində normativlərə sədaqət göstərm...

Download PDF file
  • EP ID EP747652
  • DOI 10.36719/2789-6919/35/23-27
  • Views 2
  • Downloads 0

How To Cite

Xankişi Məmmədov Səadət Musayeva (2024). “TEXNOLOGİYA MÜƏLLİMLİYİ” HAZIRLIĞINDA ÖLÇÜ VAHİDLƏRİNDƏN İSTİFADƏ SƏVİYYƏSİ. Scientific Research, 4(7), -. https://europub.co.uk/articles/-A-747652