TORCH – İNFEKSİYALARIN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 1
Abstract
Xülasə TORCH-infeksiyalara aiddir: T – toksoplazmoz (Toxoplasmosis); O – other və digər infeksiyalar; mikoplazmoz, xlamidioz, ureaplazmoz, B və C hepatitləri, listerioz, sifilis və s.; R – məxmərək (Rubella); C – sitomeqalovirus infeksiyası (Cytomegalovirus); H – herpes infeksiyası (Herpes simplex). Ana infeksiya mənbəyi hesab edilir. Yoluxma yolu – vertikal – transplasentar (hematogen) yol - anadan dölə cift vasitəsilə yoluxur. Çox vaxt viruslu infeksiyalar bətndaxili ötürülür. Bu qrupa bir neçə infeksiyalar aid olmasına baxmayaraq, onların yoluxma yolları çox müxtəlifdir. Təmas və hava-damcı yolu, qidanın istifadəsi zamanı, qan və ya qeyri-steril tibb alətləri vasitəsilə, eləcə də cinsi yolla yoluxmaq olar. Xəstə insandan və ya törədicigəzdirən heyvandan (məsələn, toksoplazmozla) yoluxmaq olar. TORCH-infeksiyalar ilə ilk aylarda yoluxma daha təhlükəli ağırlaşmalarla nəticələnir - dölün bütün orqan və sistemlərinə, xüsusilə də onun mərkəzi sinir sisteminə dağıdıcı təsir göstərir və uşağın MSS-nin nevroloji zədələnməsi riski artır. Döl üçün bu infeksiyalar yüksək təhlükə təşkil edir: məxmərək, toksoplazmoz və sitomeqalovirus, herpes. Ona görə TORCH-infeksiyalara görə müayinəni hamiləliyin baş verməsinə qədər - planlaşdırma mərhələsində və ya hamiləliyin mümkündürsə, daha erkən vaxtlarında aparmaq məqsədəuyğundur. Bətndaxili infeksiyaların profilaktikası qravidarönü hazırlığın (cütlüklərin hamiləliyə hazırlaşması dövrü) aparılmasından ibarətdir.
Authors and Affiliations
Flora Tağıyeva, Xatirə Cəfərova, Dəstə Qasımova , Pəri İsaqova, Şəlalə Əliyeva
METAFORA KOQNİTİV DİLÇİLİK NÖQTEYİ-NƏZƏRİNDƏN
Xülasə Dilçilik tarixində bir anlayış kimi meydana çıxdığı dövrdən indiyə qədər özündə ehtiva etdiyi məzmun-mündəricə etibarilə metafora çox geniş dəyişikliklərə məruz qalmış, müxtəlif tarixi inkişaf mərhələlərində on...
İNSANLARARASI MÜNASİBƏTLƏRDƏ SÖZ DİNLƏMƏNİN ÖNƏMİ
Xülasə Bu aktual mövzu mediyada, internetin sosial şəbəkələrində, alim, yazıçı və jurnalistlərin yazılarında geniş olaraq səs-səda doğuran bir problemdir. Artıq cəmiyyət dinləmə qıtlığını yaşayır, bir-birini dinləməyə...
BƏDİİ İFADƏ VASİTƏLƏRİ. METAFORA
Xülasə Dilin lüğət tərkibinin zənginləşdirilməsi üçün tükənməz mənbə olan metaforik vahidlərin mahiyyətinin dərindən öyrənilməsi dildə,o cümlədən Azərbaycan dilində də dünyanın metaforik təsvirini verməyə,metaforik sa...
CURRENT PROBLEMS IN THE PROTECTION OF HUMAN RIGHTS IN THE CONTEXT OF CORPORATE SOCIAL RESPONSIBILITY
This article discusses the issue of protecting human rights in the context of corporate social responsibility. The author argues that although CSR has been recognized as an important concept, it is not always effectively...
Kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsində könüllülərin fəaliyyətinin hüquqi aspektləri
Xülasə Hazırkı məqalə kütləvi idman tədbirlərinin təşkil olunması və keçirilməsi zamanı ictimai təhlükəsizliyin təmin edilməsi institutu tətbiq edildikə təcrübəyə gətirilən könüllülərin fəaliyyətindən bəhs edir. İdma...