Türk dünyasına xas ortaq mətbəx mədəniyyətlərinin turizmə töhfəsinin Azərbaycan modeli

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 5

Abstract

Türk xalqlarının tayı-bərabəri olmayan zəngin tarixi, mədəniyyəti və ortaq dəyərlərinin təbliğ edilməsi müasir günümüzdə böyük əhəmiyyət kəsb etməkdədir. Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ortaq dəyərlərin qarşılıqlı əlaqəsi günümüzün vacib prioritet məsələsi hesab olunur. Türk xalqlarının ümumtürk irsinin qorunub yaşadılması və eyni zamanda gələcək nəsillərə miras buraxılması yönündə fəaliyyəti daha da dərinləşməli və genişləndirilməlidir. Bəllidir ki, Türk xalqlarının qədim tarixləri və birgə mədəniyyətləri mövcuddur. Bu mədəniyyət Asiyada, həmçinin Avropanın bəzi yerlərində yayılmışdır. Bu böyük coğrafiyada təşəkkül tapmış Türk xalqlarının mədəniyyətləri coğrafi nöqteyi-nəzərdən biri-digərindən fərqli olsa da, demək olar ki, eyni və oxşar mədəni irsə sahibdirlər. Min illiklər boyu bütün dağıdıcı təsirlərə sinə gərən, qonşu mədəniyyətlər və sivilizasiyalarla qarşılıqlı zənginləşmə şəraitində inkişaf edən türk mədəniyyəti və ortaq dəyərləri hər zaman öz ahəngdarlığını qoruyub saxlamış və gələcək nəsillərə mükəmməl bir irs kimi ərmağan edilmişdir. Dünyanın bir çox filosoflarının və kulturoloqların fikrincə, XXI əsr türk mədəniyyəti və sivilizasiya əsri olacaqdır. Müasir qloballaşma şəraitində müasir dünya sivilizasiyaları və mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələr xüsusi əhəmiyyət kəsb etməkdədir. Türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsi onları demək olar ki, bir-birinə daha da yaxınlaşdıran ən mühüm amil hesab oluna bilər. Bu məqalədə Türk xalqlarının ortaq mədəniyyətləri və xüsusilə də qastronomiya sənətinin turizmə təsirinin Azərbaycan modelindən bəhs olunmuşdur.

Authors and Affiliations

Rəfiqə Əzizova

Keywords

Related Articles

FOLKLOR VƏ ORTA ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATININ QARŞILIQLI ƏLAQƏLƏRİ

Xülasə Folklor və orta əsrlər Azərbaycan yazılı ədəbiyyatının qarşılıqlı əlaqələrinin nəzəri əsasları bir sıra araşdırmaların tədqiqat obyekti olmuş, müxtəlif istiqamətlərdə təhlil edilmişdir. Lakin folklor formul, o...

İNTERNET PROVAYDERLƏRİNİN YERLƏŞDİRİLƏN MƏZMUNA NƏZARƏTLƏ BAĞLI ƏSAS HÜQUQ VƏ AZADLIQLARLA ƏLAQƏSİ

Xülasə Təqdim edilmiş məqalədə sosial şəbəkə provayderlərinin məzmun baxımından nəzarəti ilə əsas hüquq və azadlıqlar arasındakı əlaqə araşdırılaraq beynəlxalq aspektdə qiymətləndirilmiş, Azərbaycan qanunvericiliyin...

BÜNYATOVANIN UNİVERSAL TAQLARI İLƏ TƏBİİ AZƏRBAYCAN DİLİNİN EMALI VƏ SÜNİ DİLƏ ÇEVRİLMƏSİ

Xülasə Bu məqalədə təbii Azərbaycan dilinin morfoloji cəhətdən universal taqlarla təbii və süni emalından bəhs edilir. Məqalə dörd hissədən: giriş, əsas hissə, müqayisə və nəticədən ibarətdir. Giriş hissəsində NLP ink...

MƏTNİN STRUKTUR-SEMANTİK ASPEKTLƏRİ

Xülasə Məqalədə mətnin struktur semantik xüsusiyyətləri və inversiya müasir dilçiliyin universal problemlərindən biri kimi nəzərdən keçirilir. Mətn dilin əsas vahidi, həm də nitqin əsas vahidi. Aydındır ki, mətn mədən...

D.İ.Mendeleyevin pedaqoji irsi və onun ali təhsilin inkişafında rolu

Məqalədə dövrünün böyük kimyaçı alimi D.İ.Mendeleyevin pedaqoji fikirlərinə geniş yer ayrılmışdır. D.İ.Mendeleyev kimyaçı alim olmaqla həm də pedaqoji fəaliyyət göstərmiş, onun bu sahədə xüsusi xidmətləri olmuşdur. Döv...

Download PDF file
  • EP ID EP769101
  • DOI 10.36719/2663-4619/115/111-115
  • Views 4
  • Downloads 0

How To Cite

Rəfiqə Əzizova (2025). Türk dünyasına xas ortaq mətbəx mədəniyyətlərinin turizmə töhfəsinin Azərbaycan modeli. Scientific Work, 19(5), -. https://europub.co.uk/articles/-A-769101