XX ƏSRİN 60-90-cı İLLƏRİNDƏ AZƏRBAYCAN FORTEPİANO İFAÇILIĞI VƏ BU SƏNƏTİN İNKİŞAFINA TƏSİR EDƏN MÜHÜM AMİLLƏR

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7

Abstract

Xülasə Azərbaycanda fortepiano alətində ifaçılıq sənəti özünəməxsus inkişaf yolu keçərək, müasir dövrdə əhəmiyyətli yaradıcılıq sahəsi kimi formalaşmışdır. Bu proses asan olmamışdır. İlk əvvəl XIX əsrin sonunda Bakıda yaranan ifaçılıq məktəbləri təhsil sistemində böyük nailiyyətlərin əldə olunmasının başlanğıcını gətirib, ifaçılıq sənətinin peşəkar səviyyədə özünü təsdiq etməyini yetişdirmişdir. Növbəti mərhələlərdə aparılan sistematik işlər nəticəsində bir-birindən dəyərli ifaçılar nəsli yetişmişdir ki, XX əsrin 60-90-cı illəri də bu mühüm mərhələlərdən biri olmuşdur. Bu dövrdə bəstəkar yaradıcılığında özünü hiss etdirən yenilikçi cəhətlər və ifaçılıq sənətində yeni ifa üslublarının formalaşması nəticəsində milli ifaçılıq sənəti orijinal xüsusiyyətli yaradıcılıq sahəsinə çevrilmişdir. Azərbaycanda ifaçılıq sənəti bəstəkar yaradıcılığında qazanılan nailiyyətlərlə birbaşa bağlı olmuşdur. Bu iki sənət qarşılıqlı əlaqə şəklində inkişaf etmişdir. İfaçı repertuarında daha çox əsərlərə hiss olunan tələbat bəstəkar yaradıcılığında fortepiano musiqisinin daha geniş yer almağına səbəb olmuşdur. Bəstəkarların fərdi üslub xüsusiyyətlərində ortaya çıxan fərqli ifadə vasitələri, yenilikçi təmayüllər ifaçılıq sahəsində müxtəlif texniki imkanların meydana gəlməyi ilə nəticələnmişdir. Buna görə də XX əsrin 60-cı illərindən sonra milli bəstəkarlıq məktəbinin nümayəndələrinin fortepiano musiqisi sahəsində əldə etdiyi nailiyyətlər ifaçılıq sənətində yeni təmayüllərin ortaya çıxmasını şərtləndirmişdir. XX əsrin 60-cı illərində respublikamızda fortepiano ifaçılıq sənətinə xalq çalğı üslubuna xas xüsusiyyətlərin özünəməxsus şəkildə nüfuzu hər keçən gün böyüməkdə idi. Əsrin ilk onilliklərində X.Qayıbovanın muğamları fortepiano kimi mükəmməl alətdə ifa etməyi, muğam sənətinin fortepiano ifaçılığına gətirilməsinə yol açmışdır. 30-cu illərdə T.Quliyevin fəaliyyətində Amerika zəncilərinin yaradıcılıq nailiyyəti olan caz sənətinə maraq nəticəsində ilk estrada-caz orkestri yaradılmış, bu isə V.Mustafazadənin simasında ifaçılıqda yeni üslubların formalaşması ilə caz-muğam sənətinin yaranmasının başlanğıcını gətirmişdir. Və nəticədə ifaçılıqda hər keçən gün özünü hiss etdirən yenilənmə yeni texniki imkanların meydana gəlməsini şərtləndirmişdir. Məqalədə ifaçılıq sənətinin 60-90-cı illərdə inkişaf mərhələsinə nəzər salınır, bəstəkar yaradıcılığında özünü hiss etdirən yenilikçi təmayüllərin bu sənətə təsirinə toxunulur, fortepianoda ifaçılıq sənətinin milli mahiyyət qazanmasında mühüm rol oynayan amillərin orijinallığından bəhs edilir, fortepiano ifaçılığının kamil sənət sahəsi kimi formalaşması vurğulanır.

Authors and Affiliations

Rəna Cəfərova

Keywords

Related Articles

Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində ingilis mənşəli alınmalar

Xülasə Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibi dövrün tarixi-siyasi, ictimai hadisələrinin təsiri ilə dəyişmiş, yeni keyfiyyət qazanmışdır. Azərbaycan dilinin uzun illər Avropa dilləri ilə əlaqələri, hə...

AQŞİN ƏLİZADƏ YARADICILIĞININ AZƏRBAYCAN MUSİQİSİNDƏ ROLU

Xülasə Azərbaycan musiqi mədəniyyətində konsert janrının yaradılması Üzeyir Hacıbəylinin musiqili - səhnə əsərlərindəki rəqs nömrələrində müşahidə olunur. Bəstəkar Aqşin Əlizadə öz təkrarsız yara­dıcılığı ilə Azərbayc...

Şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri

Xülasə Azərbaycan şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri ilə bağlı maraqlı cəhətlər özünü göstərir və poeziyada belə sifətlərdən söz sənətkarlarımız özlərinəməxsus üslubi çalarları yara...

TƏHSİLDƏ DAYANIQLILIQ VƏ DAVAMLI İNKİŞAF PRİNSİPİNƏ ƏSASLANAN STEAM MODELİ

Xülasə STEAM təhsili, elm, texnoloji, mühəndislik, incəsənət və riyaziyyat sahələrində təhsilin birləşdirilməsini ifadə edir. Bu təhsil modeli, müasir dünyada tələb olunan bacarıqları öyrətmək üçün yaranmışdır. STEAM,...

Modernləşən Naxçıvanın sənaye iqtisadiyyatı: tədarük zəncirinə sistemli yanaşma

Xülasə Məqalədə qloballaşan dünyada ticarətin tədricən sərbəstləşdirilməsi rəqabətin və təşkilatların artması ilə yanaşı, daşıma yollarının uzanması sürət amilini önə çıxarmışdır. Qloballaşmanın hökm sürdüyü müasir dü...

Download PDF file
  • EP ID EP747653
  • DOI 10.36719/2789-6919/35/28-33
  • Views 1
  • Downloads 0

How To Cite

Rəna Cəfərova (2024). XX ƏSRİN 60-90-cı İLLƏRİNDƏ AZƏRBAYCAN FORTEPİANO İFAÇILIĞI VƏ BU SƏNƏTİN İNKİŞAFINA TƏSİR EDƏN MÜHÜM AMİLLƏR. Scientific Research, 4(7), -. https://europub.co.uk/articles/-A-747653